Əsas heyətdə yer almadı, getməyə hazırlaşır - “Real”da narazılıq

22 İyun 2025 00:20 İspaniya 644
Əsas heyətdə yer almadı, getməyə hazırlaşır - “Real”da narazılıq

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos komandadan ayrılmağa hazırlaşır.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Klublararası dünya çempionatının qrup mərhələsində, “Əl-Hilal”la oyunda (1:1) əsas heyətə daxil edilmədiyi üçün məyus olub.

Maraqlısı budur ki, həmin qarşılaşmada o, komandanın sağlam vəziyyətdə olan yeganə oyunçusu idi, ancaq yenə də meydana çıxmayıb.

“Kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso Sebalyosa güvənmir və rəhbərlikdən başqa yarımmüdafiəçi transfer etməsini istəyir. Bu vəziyyət isə ispaniyalı futbolçunun komandadan ayrılmaq ehtimalını artırır.

Sebalyosun doğma klubu olan “Betis” onunla maraqlanır. Ancaq transferin baş tutmasına əsas əngəl maliyyə məsələləridir. “Transfermarkt” portalı onu 10 milyon avro dəyərində qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti