Xəstəxanadan buraxıldı - Müalicə almağa davam edəcək

21 İyun 01:30 İspaniya 249
Xəstəxanadan buraxıldı - Müalicə almağa davam edəcək

“Real”ın ABŞ-da xəstəxanaya yerləşdirilən ulduzu Kilian Mbappe evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçuya kəskin qastroenterit diaqnozu qoyulub. Mbappe artıq komandanın düşərgəsinə qayıdıb. O, xüsusi tibbi müalicə almağa davam edəcək və tədricən məşqlərə qoşulacaq.

Mbappe iyunun 19-da xəstəxanaya yerləşdirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu