“Mançester Siti”nin yeni baş məşqçisi kim olacaq? - Qvardioladan sonra...

20 İyun 21:40 İspaniya 283
“Mançester Siti”nin yeni baş məşqçisi kim olacaq? - Qvardioladan sonra...

Böyük klublar yalnız yaxın perspektiv deyil, uzunmüddətli planlar üçün də addımlar atırlar.

“Mançester Siti” artıq indidən baş məşqçi Pep Qvardiolanın mümkün varisini müəyyən etməyə başlayıb.

Sportinfo.az “FootballTransfers”-ə istinadən xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi ispaniyalı məşqçi Sesk Fabreqasın namizədliyini nəzərdən keçirir.

İngiltərə klubunu Fabreqasın taktiki baxışları, soyuqqanlı yanaşması, komanda liderləri ilə effektiv ünsiyyət qurma bacarığı və kollektiv yaratmaq qabiliyyəti xüsusilə cəlb edir.

38 yaşlı mütəxəssis hazırda İtaliya A Seriyasında çıxış edən “Komo”nu çalışdırır. Komanda onun rəhbərliyi altında son mövsümü turnir cədvəlinin 10-cu pilləsində tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı