"Transfer bazarında fəal olduğumuz üçün mətbuat daim haqqımızda şayiələr yayır"

15:20 İspaniya 105
"Transfer bazarında fəal olduğumuz üçün mətbuat daim haqqımızda şayiələr yayır"

“Əl-Hilal”ın baş direktoru Esteve Kalsada yay transfer pəncərəsi ilə bağlı açıqlama verib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı klublarının böyük planlarının olduğunu deyib:

“Hansısa aparıcı futbolçu Səudiyyə Ərəbistanına gəlsəydi, buna təəccüblənməzdim. Ölkənin uzunmüddətli planı və klubların iddiaları var.

Biz transfer bazarında fəal olduğumuz üçün mətbuat daim haqqımızda şayiələr yayır.

Vinisius Junior (“Real”ın hücumçusu) məsələsinə gəlincə, onu deyə bilərəm ki, onunla birbaşa danışıqlar aparmamışıq.

Səudiyyə Ərəbistanının Pro Liqası istənilən futbolçunu transfer etməyi nəzərdən keçirə bilər. Burada söhbət yalnız pulla ölçülmür.

Əsas məsələ layihə və çempionatımızın hansı istiqamətdə inkişaf etdiyidir”.

Digər Xəbərlər
Xəbər Lenti