Xəstəxanaya yerləşdirildi, kəskin qastroenterit diaqnozu qoyuldu

20 İyun 00:10 İspaniya 255
Xəstəxanaya yerləşdirildi, kəskin qastroenterit diaqnozu qoyuldu

“Real”ın fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir. Hazırda ABŞ-da olan Madrid təmsilçisi Klublararası dünya çempionatında iştirak edir.

Mbappe ilk turda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına qarşı keçirilən matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti