
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko İspaniyanın top-klublarından olan “Atletiko”nun maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Madrid təmsilçisi ukraynalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Potensial alıcı 15 milyon avro ödəyərsə, “Arsenal” Zinçenkonu satmağa hazırdır.
28 yaşlı futbolçu son mövsümdə “topçular”ın heyətində 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.