
“Barselona”nın daha bir futbolçusu komandadan ayrıla bilər.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, kataloniyalıların yarımmüdafiəçisi Pau Viktor daha çox oyun təcrübəsi qazanmaq istədiyi üçün klubunu dəyişmək imkanını nəzərdən keçirir.
Kataloniya təmsilçisinin rəhbərliyi 23 yaşlı futbolçunun satışına açıqdır və uyğun təklif olacağı təqdirdə, ayrılıq sürpriz olmayacaq.
Hazırda Pau Viktora verilən transfer qiyməti 20 milyon avro civarındadır. Ona həm transfer məqsədilə, həm də icarə üçün maraq göstərən klublar var.
“Barselona”nı yayda daha bir gənc futbolçu – yarımmüdafiəçi Pablo Torre də tərk edə bilər. O, artıq klubdakı mövcud vəziyyətdə özünə perspektiv görmədiyini bildirib.