
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubu tərk etmək fikrində deyil.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı həmyerlisi olan baş məşqçi Hans-Diter Flikin onu komandadan göndərməyəcəyinə və sonda yenidən “Barselona”nın əsas qapıçısı olacağına əmindir.
33 yaşlı futbolçu zədə səbəbindən son mövsümün çox hissəsini buraxıb.
O, ümumilikdə 9 oyuna çıxıb və yalnız bir matçda qapısını toxunulmaz saxlayıb. Qolkiperin “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədərdir.