
Zaqreb “Dinamo”sunun vingeri Kardoso Varela İspaniya klubunun diqqətini çəkib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona” 16 yaşlı futbolçunu transfer etmək istəyir.
Kataloniya klubu portuqaliyalı futbolçunun transferi üçün ilkin olaraq 5 milyon avro ödəməyə razıdır. Ancaq bonuslar və əlavə şərtlərlə ümumi məbləğ 20 milyon avroya qədər arta bilər.
Razılaşmaya əsasən, transfer baş tutduqdan sonra Varela müvəqqəti olaraq “Dinamo”da icarə əsasında çıxış etməyə davam edəcək və yalnız gələn yay “Barselona”ya qoşulacaq.
“Barselona” son mövsümdə La Liqa çempionu olmaqla yanaşı, İspaniya kubokunu da qazanıb.