Yeni qiyməti 100 milyon avro olacaq - “Real”ın 22 yaşlı müdafiəçisinin

15 İyun 16:55 İspaniya 129
Yeni qiyməti 100 milyon avro olacaq -  “Real”ın 22 yaşlı müdafiəçisinin

“Real” 22 yaşlı müdafiəçisi Raul Asensio ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cope” nəşri məlumat yayıb.

“Kral klubu” gənc futbolçu ilə əməkdaşlığı 2031-ci ilə qədər davam etdirmək niyyətindədir.

Yeni müqavilədə oyunçunun sərbəst qalma məbləği 100 milyon avro olaraq müəyyən ediləcək. Həmçinin, Asensionun maaşında da artım nəzərdə tutulur.

İspaniyalı futbolçu La Liqanın son mövsümündə 23 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü