
“Barselona”nın prezidenti Xuan Laporta azarkeşlərlə görüş zamanı gözlənilməz suallarla üzləşib.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun azarkeşləri Laportanı “Atletik”in futbolçusu Niko Uilyamsın mümkün yay transferi ilə bağlı sual yağışına tutublar. Ancaq klub rəhbəri bu məsələyə münasibət bildirməkdən imtina edib.
22 yaşlı ispaniyalı vinger son mövsümdə bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Uilyams ötən il “Atletik”lə müqaviləsinin müddətini 2026/27 mövsümünün sonuna qədər uzadıb.