
“Real” Argentina millisinin və “River Pleyt”in gənc üzvü Franko Mastantuononu transfer edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Lakin anlaşma avqustun 14-də, futbolçunun 18 yaşı tamam olan gün qüvvəyə minəcək.
Mastantuono “River Pleyt”in heyətində meydana çıxdığı 61 matçda 10 qola 7 məhsuldar ötürməyə imza atıb. O, iyunun 6-da Argentina millisində debüt edib.