
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda Kataloniya klubu ilə müqaviləsini yeniləyəcəyinə əmindir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu komanda ilə yaşadığı bütün problemlərin keçmişdə qaldığını düşünür.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. O, son mövsümdə bütün yarışlarda 46 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.