Paytaxt klubu fransalı müdafiəçi ilə dil tapdı

13 İyun 22:00 İspaniya 176
Paytaxt klubu fransalı müdafiəçi ilə dil tapdı

“Atletiko” “Milan”ın müdafiəçisi Teo Hernandeslə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub transferin detallarını müzakirə etməyə davam edir.

Bununla belə, Madrid təmsilçisinin yaxın günlərdə razılığın tam şəkildə rəsmiləşəcəyinə əmin olduğu vurğulanır.

Fransalı müdafiəçi son mövsümdə “Milan”ın heyətində bütün turnirlər daxil olmaqla 49 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti