“Barselona”nın qərarını gözləyir - İki namizəddən biri

13 İyun 2025 12:20 İspaniya 500
“Barselona”nın qərarını gözləyir - İki namizəddən biri

“Barselona” PSV ilə müqaviləsinin müddəti iyulda başa çatacaq İvan Perişiçi transfer etmək imkanını dəyərləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu xorvatiyalı vingeri maraq dairəsinə daxil etsə də, onu əsas transfer hədəfi hesab etmir.

Hazırda “Barselona”nın prioriteti “Liverpul”un vingeri Luis Diasdır, ancaq kolumbiyalı futbolçunun yüksək qiyməti bu keçidi çətinləşdirir.

Perişiç isə “Barselona” ilə danışıqlara açıqdır və klubun yekun qərarını gözləyir.

36 yaşlı futbolçu ötən mövsüm PSV-də 35 oyuna çıxıb, 16 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!