39 yaşlı hücumçunu “Real”da görmək istəyir - Yeni baş məşqçi

7 İyun 22:00 İspaniya 214
39 yaşlı hücumçunu “Real”da görmək istəyir - Yeni baş məşqçi

Bosniyalı hücumçu Edin Dzeko İspaniyaya yola düşə bilər.

“Real”ın yeni baş məşqçisi Xabi Alonso 39 yaşlı futbolçunu heyətə qatmaqda maraqlıdır.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandada rəqibə təzyiq göstərmək üçün əvəzedici kimi meydana çıxa biləcək forvard görmək istəyir.

Madrid klubu “Fənərbaxça” ilə müqaviləsinin müddəti bu ay başa çatdığı üçün Dzekonu pulsuz əldə edə bilər. O, ötən mövsüm Super Liqada 35 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti