
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın vingeri Lamin Yamalın inkişafını şərh edib.
Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, o, 17 yaşlı futbolçunun maaş artımı ilə bağlı yayılan məlumatlara münasibət bildirib və onun komandaya verdiyi töhfəni vurğulayıb:
“Ona dediyiniz qədər maaş verirlərsə, demək ki, bunu haqq edir. Çox güman ki, ətrafında düzgün insanlar var.
Məsələn, bu, Lionel Messi üçün heç nəyi dəyişmədi. O, meydanda vəhşi kimi idi.
Yamal artıq komanda yoldaşlarının etimadını qazanıb və vacib oyun anlarında ona güvənilir. “Barselona” futbolçunun inkişafı üçün düzgün mühit yaradır”.
Yamal başa çatan La Liqa mövsümündə 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.