45 milyon avro ödədi, cinah müdafiəçisi transfer etdi - “Real”

4 İyun 15:20 İspaniya 713
45 milyon avro ödədi, cinah müdafiəçisi transfer etdi - “Real”

“Real Madrid” “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karrerası heyətinə qatıb.

Sportinfo.az bu barədə “OK Diario”ya istinadən xəbər verir.

Məlumata görə, Madrid təmsilçisi bu transfer üçün “Benfika”ya 45 milyon avro ödəyib.

Nəşr yazır ki, Portuqaliya klubu futbolçunun müəyyən nailiyyətləri olacağı təqdirdə İspaniya klubundan daha 5 milyon avro ala bilər.

“Kral klubu”nun yaxın günlərdə transferi açıqlayacağı gözlənilir. Karreras “Real”ın heyətində klublararası dünya çempionatında iştirak edəcək.

Ötən mövsüm futbolçu bütün turnirlərdə 50 matçda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı futbolçunu 35 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu