
“Real” “Lill”in qapıçısı Lukas Şevalyerə göz dikib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsində başqa komandaya keçə biləcək ukraynalı qolkiper Andrey Lunini əvəzləmək üçün futbolçunu nəzərdən keçirir.
Şevalyerin 2027-ci ilin iyun ayının sonuna qədər “Lill”lə müqavilə öhdəlikləri var. 23 yaşlı qapıçı Fransa çempionatının son mövsümündə 34 oyun keçirib, 36 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.