
“Barselona” və “Mançester Yunayted” yay transfer pəncərəsində futbolçu mübadiləsi apara bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Kataloniyalılar “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşfordu heyətinə qatmaq istəyir, ancaq onun üçün 47 milyon avro ödəmək imkanları yoxdur.
Buna görə də, İspaniya çempionu “Mançester Yunayted”ə futbolçu mübadiləsi təklif edir.
“Qırmızı şeytanlar” Reşfordun müqabilində almaniyalı qapıçı Mark-Andre ter Ştegeni, yarımmüdafiəçi Fermin Lopesi və ya müdafiəçi Ronald Arauxonu ala bilər.
Reşford özü də “Barselona”da oynamaqda maraqlıdır.