40 milyon ödəməyə hazırdır - PSJ-nin kapitanını transfer etmək istəyir

3 İyun 18:20 İspaniya 1 107
40 milyon ödəməyə hazırdır - PSJ-nin kapitanını transfer etmək istəyir

Braziliya millisinin və PSJ-nin müdafiəçisi Markinyosun İspaniya La Liqasına keçmək ehtimalı var.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

31 yaşlı futbolçunun transferində “Real” maraqlıdır. “Kral klubu” Markinyos üçün 40 milyon avro ödəməyə hazırdır.

Markinyos 2013-cü ilin yayından bəri PSJ-də çıxış edir və komandanın əsas simalarından biridir. Onun Fransa çempionu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Braziliyalı müdafiəçi ötən mövsüm Liqa 1-də 22 oyuna çıxıb, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti