İspaniyalı qapıçıya müqavilə təklifi irəli sürdü - “Barselona”

3 İyun 15:40 İspaniya 220
İspaniyalı qapıçıya müqavilə təklifi irəli sürdü - “Barselona”

“Barselona” “Espanyol”un qapıçısı Xuan Qarsiyanı transfer etmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 24 yaşlı futbolçuya müddəti 2030-cu ilə qədər nəzərdə tutulmuş müqavilə təklif edib.

Qarsiya artıq təklifə razılıq verib. Bütün əlamətlər onun yaxın günlərdə “Barselona”nın sıralarına qoşulacağını göstərir.

İddialara görə, “Barsa” ispanyalı oyunçunu əsas qapıçı kimi görür. Onun əvəzedicisi kimi isə Voyçex Şesnı planlaşdırılır. Bu dəyişikliklər fonunda Mark-Andre ter Ştegenin komandadan ayrılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti