Klubun yay transfer planlarını açıqladı - İdman direktoru

3 İyun 12:20 İspaniya 834
Klubun yay transfer planlarını açıqladı - İdman direktoru

“Barselona”nın idman direktoru Deku komandanın hazırkı vəziyyəti və yay transfer planları barədə danışıb.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, klubun maliyyə problemlərinin olmadığını, ancaq İspaniyada maliyyə feyr-pley qaydalarının daha sərt olduğunu bildirib:

“Klubun hazırda maliyyə problemi yoxdur. Sadəcə, İspaniyada maliyyə feyr-pley qaydaları daha sərtdir.

Bu yay lider futbolçularımızı satmaq planımız yoxdur və bahalı transferlər etmək niyyətində deyilik. İki-üç transfer bizim üçün kifayət edəcək. Hazırda bunun üzərində çalışırıq”.

“Barselona” ötən mövsüm İspaniya La Liqasının çempionu olub. Bundan əlavə, komanda finalda “Real”a qalib gələrək, kral kubokunu da qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!