Bu mövsüm 54 qol vuran hücumçuya elçi düşdü - Paytaxt klubu

3 İyun 01:40 İspaniya 2 464
Bu mövsüm 54 qol vuran hücumçuya elçi düşdü - Paytaxt klubu

“Atletiko” yay transfer dönəmində əsas hədəfini müəyyənləşdirib.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Madrid klubu Lissabon “Sportinq”in hücumçusu Viktor Qyokereşin transferinə ciddi maraq göstərir.

“Atletiko” artıq isveçli futbolçunun keçidi ilə bağlı bir neçə vacib addım atıb. Onun transfer qiyməti 65-75 milyon avro arasında dəyişə bilər.

Qyokereşin müqaviləsində 100 milyon avroluq sərbəstqalma maddəsi olsa da, madridlilər bu məbləğin daha aşağı olacağına ümid edirlər.

Onlar bu transferin reallaşması üçün argentinalı hücumçu Anxel Korreanı satmağı planlaşdırırlar. Hətta Qyokereşin alınacağı təqdirdə, Antuan Qrizmann, Xulian Alvares və Aleksandr Sörlotun komandada qalması nəzərdə tutulur.

26 yaşlı forvard 2024/25 mövsümündə “Sportinq”in heyətində 52 oyunda 54 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu statistikası “Atletiko” rəhbərliyinin diqqətini xüsusilə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti