“Barselona”nın daha bir sabiq oyunçusu Amerikaya gedir?

9 Dekabr 2024 15:40 İspaniya 946
“Barselona”nın daha bir sabiq oyunçusu Amerikaya gedir?

“Betis”in müdafiəçisi Mark Bartra “İnter Mayami”nin sıralarına keçə bilər.

Sportinfo.az “Diario Ole”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın keçmiş oyunçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Albanın rənglərini qoruduğu MLS klubunu təmsil edə bilər.

33 yaşlı futbolçunun “Betis”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. O, ötən yay Sevilya klubuna qayıdıb. Bartra əvəllər “Trabzonspor” və Dortmund “Borussiya”sında çıxş edib.

11 yaşından futbol oynayan Bartra 2016-cı ilə qədər “Barselona”da forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT