Ronaldinyo “qocalar”ın “El Klasiko”sunda ŞOU GÖSTƏRDİ - VİDEO

30 Noyabr 2024 00:10 İspaniya 424
Ronaldinyo “qocalar”ın “El Klasiko”sunda ŞOU GÖSTƏRDİ - VİDEO

“Barselona” və “Real Madrid”in əfsanələri arasında “El Klasiko” keçirilib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Qətərdə baş tutub.

“Barselona”nın heyətində argentinalı Xuan Pablo Sorin hesabı açıb. Matçın 16-cı dəqiqəsində braziliyalı ulduz Ronaldinyo cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

Madridlilərin qollarını isə portuqaliyalı Luiş Fiqu və kolumbiyalı Edvin Konqo vurublar. Əsas vaxt 2:2 hesabı ilə bitib.

80 dəqiqə davam edən oyunda penaltilər seriyasında kataloniyalılar rəqibləri üzərində üstünlük əldə ediblər.

Beləliklə oyun 4:2 “Barselona”nın qalibiyyəti ilə başa çatıb.

Bu komandalar gələn ay Tokioda yenidən qarşılaşacaqlar. Xavi və İnyestanın da həmin matç üçün “Barselona”nın heyətində yer alması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!