Kömək üçün bir milyon avro bağışladı – Paytaxt klubu

2 Noyabr 2024 10:00 İspaniya 687
Kömək üçün bir milyon avro bağışladı – Paytaxt klubu

“Real Madrid” İspaniyada daşqınlardan zərərçəkənlərə kömək üçün bir milyon avro bağışlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Real Madrid” Fondu və Qırmızı Xaç qurbanlara dəstək üçün vəsait toplama kampaniyasına başlayıb. “Real” kritik vəziyyətdə olan, dəstəyimizə və həmrəyliyimizə ehtiyacı olan bir çox ailəyə kömək etmək üçün bir milyon avro ianə edərək bu kampaniyanı dəstəkləməyə qərar verib”, - deyə klubun açıqlamasında bildirilir.

İspaniyada güclü yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 158 nəfər ölüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT