Onu istəyən 3 klub var

7 Aprel 20:50 İspaniya 1 289
Onu istəyən 3 klub var

“Barselona”nın hücumçusu Ansu Fatinin karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Sportinfo.az xəbər verir ki, gənc futbolçu hazırda “Vulverhempton”, “Valensiya” və “Sevilya”nın maraq dairəsindədir.

Bütün bu klublar ispaniyalı forvardı növbəti mövsüm üçün icarəyə götürməyə hazırdır.

Fati bu mövsüm “Brayton”da icarə əsasında çıxış edir, lakin Roberto de Zerbinin komandası futbolçunu buraxmaq niyyətində deyil.

“Barselona” çətin ki, yeni mövsümdə Ansuya şans versin. Ona görə də, hücumçu, böyük ehtimalla, başqa kluba icarəyə getməli olacaq.

Fati İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU