
“Brayton”un baş məşqçisi Roberto de Zerbi “Real”da Karlo Ançelottinin yerinə keçəcək namizədlər sırasındadır.
Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Madrid klubunun baş məşqçi postu üçün prioritet variantdır.
Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Bundan sonra o, Braziliya millisinə rəhbərlik edəcək.
Ötən mövsüm De Zerbinin rəhbərliyi altında “Brayton” İngiltərə çempionatını 6-cı sırada başa vurub. İngiltərə klubu hazırda Premyer Liqada üçüncü yerdədir.