"Barselona"lı ulduzdan Messi etirafı: "Geri dönsə, möhtəşəm olar"

11 Aprel 2023 21:40 İspaniya 530
"Barselona"lı ulduzdan Messi etirafı:

"Barselona"nın hücumçusu Robert Levandovski komandaya qayıdacağı gündəmdə olan Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, polşalı forvard 35 yaşlı futbolçunun Kataloniyaya dönüşünü çox istədiyini deyib:

"Messi həmişə "Barselona"ya aid olub. Geri dönsə, möhtəşəm olar. Bura onun evidir. Ümid edirəm, növbəti mövsümdə "Barselona"da birlikdə oynayarıq".

Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. İspaniya mətbuatı argentinalı ulduzun "Barselona"ya qayıdacağını iddia edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR