SON DƏQİQƏ - “Qəbələ”dən gözlənilməz SUPERTRANSFER!

5 İyul 19:00 Qəbələ 4 303
SON DƏQİQƏ - “Qəbələ”dən gözlənilməz SUPERTRANSFER!

“Qəbələ” növbəti transferin anonsunu verəcək.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi isveçrəli hücumçu ilə anlaşıb.

Həmin futbolçu kim olsa yaxşıdır?

Ötən mövsüm “Şamaxı”nın heyətində 10-u Premyer Liqada, 3-u ölkə kubokunda olmaqla 13 qola imza atan Karim Rossi.

32 yaşlı forvardla uzun sürən danışıqlar müsbət nəticə verib. Rossi Asiya ölkələrindən sərfəli təkliflər alsa da, karyerasını özünü rahat hiss etdiyi Azərbaycanda davam etdirməyə razılıq verib.

O, yeni iş yerində “Şamaxı”da qazandığından təxminən iki dəfə artıq maaş alacaq.

“Qəbələ” Karimla 2 illik sözləşmə imzalayacaq.

“Qırmızı-qaralar” yay fasiləsində mərkəz müdafiəçisi Natan Monzanqo və sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti