Azərbaycanda istənilmədi, Cənubi Koreyadan iki klubla danışıqlara start verdi

19:25 Qəbələ 178
Azərbaycanda istənilmədi, Cənubi Koreyadan iki klubla danışıqlara start verdi

"Qəbələ"nin düşərgəsində saxlamaq istəmədiyi Adriel Ba Loua Asiyaya yollanmağa hazırlaşır.

Kot-d'İvuarlı yarımmüdafiəçi hazırda Cənubi Koreyadan iki klubla danışıqlar aparır.

Afrikalı legioner K Liqa-1-də mübarizə aparan «Anyang» və «Daejeon»un gündəmindədir.

2025-ci ilin yayından "Qəbələ"də çıxış edən Adriel Ba Loua bu müddətdə 35 oyunda 4 qol vurub.

O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti