Zidanın mümkün qayıdışla bağlı "Real" rəhbərliyindən İKİ TƏLƏBİ VAR

28 Mart 2023 00:20 İspaniya 338
Zidanın mümkün qayıdışla bağlı "Real" rəhbərliyindən İKİ TƏLƏBİ VAR

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda məşqçi postuna mümkün qayıdışı üçün keçmiş klubuna iki tələb irəli sürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Defensa Central"ın məlumatında bildirilir.

Mənbənin məlumatına görə, Zidan fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponun məşqçilər korpusunda yer almasını tələb edir.

Həmçinin fransalı mütəxəssis İspaniya futbol nəhənginə rəhbərlik etdiyi vaxt belçikalı ulduz futbolçu Eden Hazardın "Real Madrid"də qalmasında israrlıdır.

Karlo Ançelotti yayda klubu tərk edərsə, Zidan üçüncü dəfə "Real Madrid"in baş məşqçisi ola bilər.

O, 2016-2018, 2019-2021-ci illərdə "kral klubu"nun "sükanı arxası"na keçib.

Madrid "Real"ından ayrılan Zidan o vaxtdan bəri işsizdir.

Fransalı mütəxəssis "Real"a İspaniya çempionluğunu və İspaniya Superkubokunu qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!