“Barselona”lı hücumçunun pulsuz transferini tezləşdirmək istəyirlər

17 Avqust 2022 01:40 İspaniya 714
“Barselona”lı hücumçunun pulsuz transferini tezləşdirmək istəyirlər

“Barselona”nın hücumçusu Memfis Depay “Yuventus”a keçməyə bir addım daha yaxınlaşıb.

Sportinfo.az xəbər verir ki, “qoca sinyora” onun pulsuz transferini tezləşdirmək istəyir.

Qeyd olunur ki, tezliklə niderlandlı futbolçunun nümayəndələrinə müqaviləni yoxlamaq üçün sənədlər göndəriləcək.

Depay 2021-ci ilin yayında azad agent kimi “Barselona”nın futbolçusu olub. O, 37 oyunda 13 qol vurub və iki məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti