“Barselona”nın sabiq müdafiəçisi karyerasını bitirdi – Məşqçi olacaq

23 Yanvar 21:40 İspaniya 262
“Barselona”nın sabiq müdafiəçisi  karyerasını bitirdi – Məşqçi olacaq

Belçika milli komandasının sabiq futbolçusu Tomas Vermalen karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi özü açıqlama verib.

Vermalen karyerasını bitirdiyini və Belçika yığmasında məşqçi kimi çalışacağını söyləyib.

Son olaraq “Vissel Kobe”də (Yaponiya) çıxış edən Tomas daha əvvəl “Barselona”, “Roma”, “Arsenal”, “Ayaks” kimi klubların uğurları üçün çalışıb.

Vermalen Belçika yığmasında 85 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti