"Barselona" rəhbərliyi "ipə-sapa yatmayan" hücumçunu qovdu

20 Yanvar 2022 18:20 İspaniya 904
"Barselona" rəhbərliyi "ipə-sapa yatmayan" hücumçunu qovdu

"Barselona"nın futbolçusu Usman Dembele transferə çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Matteu Alemani açıqlama verib.

O, fransalı hücumçunun heyətdə qalmaq istəmədiyini bildirib:

"Dembele bizim layihənin bir hissəsi olmağı arzulamır. Buna görə də dərhal getməsini tələb etdik. Usmanın yanvarın 31-dək satılacağını gözləyirik".

Usman Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, klubun təklif etdiyi yeni sözləşmə şərtləri ilə razılaşmayıb.

Bu mövsüm La Liqada 6 oyuna çıxan 24 yaşlı forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dembele 2016-cı ildən Fransa yığmasına çağırılır.

Digər Xəbərlər
Xəbər Lenti