“Barsa”nın qış planı – Transfer etmək istədiyi 2 futbolçu

3 Dekabr 2021 15:20 İspaniya 558
“Barsa”nın qış planı – Transfer etmək istədiyi 2 futbolçu

“Barselona” qış transfer dönəmində heyətə 2 futbolçu cəlb etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İspaniya nəhənginin ilk hədəfi “Mançester Siti”nin yarımmüdafiəçisi Ferran Torresdir.

“Barsa” artıq Torresin transferi üçün “Siti” ilə danışıqlara başlayıb. Amma danışıqların sürətlə getmədiyi deyilir.

“Şəhərlilər”in baş məşqçisi Qvardiola isə bildirib ki, əgər klublar arasında razılıq əldə olunsa, Torresin getməsinə etiraz etməyəcək.

Digər futbolçu isə hücum xəttini gücləndirmək üçün alınacaq. Amma bu futbolçunun kim olacağı hələ tam dəqiqləşməyib. Ancaq namizədlər bəllidir.

Seçim “Leyptsiq”li Dani Olmo, “Zaltsburq”lu Adayemi və “Çelsi”nin iki futbolçusu - Timo Vernerlə Hakim Zies arasından ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti