Bir nömrəli namizəd odur – “Barselona” üçün

27 Oktyabr 2021 15:40 İspaniya 464
Bir nömrəli namizəd odur – “Barselona” üçün

“Barselona” rəhbərliyi hər nə qədər “Kumanı dəstəkləyirik” desə də, böyük ehtimalla, növbəti mövsümdə komandada yeni baş məşqçi olacaq.

Sportinfo.az xəbər verir ki, rəhbərlik bu mövsümün “keçid dövrü” olmasını qəbul edib.

Ona görə də yeni mövsümün planlarını qurur.

Maraqlıdır ki, “Barsa”nın baş məşqçi postuna əsas namizəd Xavi yox, Yurgen Kloppdur. Rəhbərlik almanı İspaniyaya gətirməkdə israrlıdır.

Sport.es. saytı iddia edir ki, Kloppa mövsümün sonunda təklif irəli sürüləcək. Rəhbərlik mövsümün sonunda gəlir-çıxarını hesablayıb Kloppa nə təklif edəcəklərini dəqiqləşdirməlidir.

Amma rəhbərlik bu planı həyata keçirməyin asan olmayacağını da anlayır. Ona görə də, böyük iş aparmaq niyyətindədirlər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!