22 yaşında "Barselona"dan ayrıldı - 50%-i üçün 5 milyon avro alacaqlar

15 İyul 01:30 İspaniya 1 585
22 yaşında "Barselona"dan ayrıldı - 50%-i üçün 5 milyon avro alacaqlar

Pablo Torre "Barselona"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, "Mayorka" 22 yaşlı yarımmüdafiəçinin Kataloniya klubundan transfer olunduğunu rəsmən açıqlayıb.

Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar.

Əvvəllər bildirilmişdi ki, "Barselona" futbolçuya olan hüquqların 50%-i üçün 5 milyon avro alacaq. Müqavilədə qalan 50%-in 25 milyon avroya geri alınması üçün bənd də yer alacaq.

Bundan əlavə, "Barselona"nın futbolçunu geri alma hüququ da olacaq. Əgər Torre gələcəkdə başqa bir kluba keçərsə, katalonlar satış məbləğinin müəyyən faizini əldə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar