"O, komandamızın baş məşqçisidir və onu istəyirik, hər şey yaxşıdır”

27 Sentyabr 2021 10:00 İspaniya 669
"O, komandamızın baş məşqçisidir və onu istəyirik, hər şey yaxşıdır”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kuman haqda danışıb.

Sportinfo.azxəbər verir ki, klub rəsmisi, Kumanın vəzifəsindən göndəriləcəyiylə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Biz Kumanı dəstəkləyirik. Onu tanıyırıq. O, komandamızın baş məşqçisidir və onu istəyirik. Kumanla hər şey yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti