Premyer Liqadan futbolçu transfer edə bilər - “Barselona”

10 Avqust 2024 15:40 İspaniya 2 179
Premyer Liqadan futbolçu transfer edə bilər - “Barselona”

“Barselona” transfer pəncərəsi bağlanana qədər İngiltərə Premyer Liqasından yarımmüdafiəçi ilə güclənə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Çelsi”dən Karni Çukvuemeka ilə maraqlanır.

Bildirilir ki, “Barsa” yeni yarımmüdafiəçi almaq qərarına gəlsə, rəhbərlik Çukvuemekanı “Çelsi”dən transfer etməyə çalışacaq.

“Barselona”nın nümayəndələri artıq oyunçunun yaxınları ilə əlaqə saxlayıb. O, “Çelsi”də əsas yarımmüdafiəçi olmadığı üçün İspaniya klubuna keçməyə açıqdır.

20 yaşlı futbolçu 2022-ci ildən “Çelsi”nin rənglərini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var