“Real” Cerrardın komandası ilə bacarmadı - VİDEO

29 İyul 2021 02:10 İspaniya 712
“Real” Cerrardın komandası ilə bacarmadı - VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Real” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi Şotlandiyanın “Reyncers” komandası ilə qarşılaşıb.

Görüş sabiq “Liverpul”lu Stiven Cerrardın baş məşqçilik etdiyi Qlazqo təmsilçisinin qələbəsi ilə başa çatıb.

“Reyncers” “Real”ı Sakala və İttenin qolları ilə 2:1 hesabıyla məğlub edib. Madridlilərin yeganə qolunu Rodriqo vurub.

Digər Xəbərlər
Xəbər Lenti