Ərəblərin gözü ondadır - “Barselona”dan ayrıla bilər

01:30 İspaniya 853
Ərəblərin gözü ondadır - “Barselona”dan ayrıla bilər

“Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Fermin Lopes yay transfer dönəmində klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Lopesə Səudiyyə Ərəbistanı çempionatından olan klublar ciddi maraq göstərirlər. Ancaq həm futbolçunun özü, həm də Kataloniya klubu onun transferinə qarşı çıxırlar və əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

İspaniyalı yarımmüdafiəçi son mövsümdə “Barselona”nın heyətində 46 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.

Onun kataloniyalılarla müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti