"Futbolçularda yarana biləcək hər hansı bir narahatlıq..."

14 İyun 2021 16:30 İspaniya 491
"Futbolçularda yarana biləcək hər hansı bir narahatlıq..."

İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsində İsveçlə bu gün keçiriləcək görüşlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında deyib:

“Artıq beynimdə bu matç üçün start heyəti var. Ancaq futbolçularda yarana biləcək hər hansı bir narahatlıq bu planı dəyişə bilər. Axşama doğru hər şey dəqiqləşəcək.

Biz ən xoş anı yaşayırıq. Stadiona gedərək o atmosferdə nəfəs alacağıq. Futbolçularımın onlardan nə istədiyimi başa düşdüyünə görə məmnunam".

Bu gün Sevilyada keçiriləcək İspaniya - İsveç oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı