"Barselona" ilə anlaşdı - 12 milyon maaş, 6 illik sözləşmə

01:40 İspaniya 830
"Barselona" ilə anlaşdı - 12 milyon maaş, 6 illik sözləşmə

"Atletik"in futbolçusu Niko Uilyams La Liqada klubunu dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Barselona" ispaniyalı vingeri transfer etmək istəyir.

Bu barədə "Foot Mercato" məlumat yayıb.

"Barselona" Niko ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 22 yaşlı futbolçu İspaniya çempionunun illik 12 milyon avro olmaqla 6 illik sözləşmə təklifini qəbul edib.

Klublar anlaşsa, transfer rəsmiləşəcək.

Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti