“Barselona” Busketsə əvəzləyici axtarır – Namizədlər

8 May 2021 01:52 İspaniya 987
“Barselona” Busketsə əvəzləyici axtarır – Namizədlər

"Barselona” Serxio Busketsə əvəzləyici axtarır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” rəhbərliyi 32 yaşlı Busketsin bir neçə ildən sonra karyerasını bitirəcəyi ehtimalına görə, bu mövqeyə indidən futbolçu axtarır.

“Barselona”da Busketsin əvəzləyicisi olmağa namizədlər “Sassuolo”dan Manuel Lokatelli, “Renn”dən Eduardo Kamavinqa və “Real Sosyedad”dan Mikel Merinodur.

2008-ci ildən “Barselona”da çıxış edən Busketsin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti