"Baş hakim mənə dedi ki, hörmətsizlik etmişəm"

30 Aprel 2021 18:20 İspaniya 716
"Baş hakim mənə dedi ki, hörmətsizlik etmişəm"

La Liqanın 33-cü turunun “Qranada”ya qarşı matçında (1:2) “Barselona”nın baş məşqçisi Ronald Kuman meydandan qovulub.

Sportinfo.az xəbər verir ki, o, ikinci hissədə “qırmızı vərəqə” alıb.

Buna səbəb kimi, holland mütəxəssisin referini təhqir etməsi göstərilib. Kumana ən azı 2 oyun cəza veriləcəyi gözlənilir.

Oyundan sonra keçirilən mətbuat konfransında isə Kuman heç kimi təhqir etmədiyini söyləyib: “Baş hakim mənə dedi ki, ehtiyat hakimə hörmətsizlik etmişəm.

Amma onun barəsində pis heç nə deməmişəm. Əgər hakimlər gecənin ulduzları olmaq istəyirlərsə, onlara “çox sağ ol” deyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti