Səbirsizliklə “Barselona”da prezident seçkilərini gözləyir – Qvardiola 

3 Mart 2021 18:20 İspaniya 578
Səbirsizliklə “Barselona”da prezident seçkilərini gözləyir – Qvardiola 

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”da keçiriləcək seçkilərlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Pep “Barsa”nın sabiq prezidenti Bartomeunun həbsinə də münasibət bildirib.

O, klubun çətin vəziyyətdən çıxacağına inandığını bildirib:

“Əlbəttə, xoşagəlməz situasiyadır, amma mən inanıram ki, Bartomeu günahsızdır. Ən azı məhkəmə bunun əksini sübut edənə qədər bu mövqedə olacağam.

Məni o narahat edir ki, bir həftədən sonra “Barsa”da prezident seçkisi olacaq. Yeni prezidentin üzərinə böyük yük düşəcək.

Böyük səbirsizliklə seçkini gözləyirəm və inanıram ki, hər şey yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti