“Həkim dedi ki, ayağın amputasiya oluna bilər”

24 Fevral 2021 00:28 İspaniya 521
“Həkim dedi ki, ayağın amputasiya oluna bilər”

“Real”ın futbolçusu Ferlan Mendi uşaq vaxtı sağlamlığında yaranan problem barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Mendi PSJ-də oynayarkən problemlə üzləşib. O, hətta ayağını da itirə bilərmiş:

“Maraqlı tarixdir. Mən çox çətin anlar yaşadım, amma bunun öhdəsindən gələ bildim. PSJ-də 7 il keçirdim. 11 yaşından orda futbol oynamağa başladım.

Ayağımda zədə vardı, infeksiya da keçmişdi. Buna görə də əməliyyat olundum, uzun müddət xəstəxanada qaldım.

Yadımdadır, əməliyyatdan sonra həkim mənə dedi ki, bir daha futbol oynaya bilməyəcəksən. Hətta ayağımın amputasiya oluna biləcəyini də söylədi.

Bir müddət əlil arabasında oturmalı oldum. Daha sonra əsalarla gəzdim və nəhayət sərbəst yeriməyə başladım. Bütün bunlara baxmayaraq, həmişə fikirləşirdim ki, futbol mənim üçün bitməyib.

Çoxları düşünürdü ki, bu, mümkünsüzdür. İl yarım budumda ağırlar olsa da, oynadım. Və daha sonra iki il dalbadal ən yaxşı sol cinah müdafiəçisi seçildim”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"