Messi Ronaldonu keçdi – Penaltiləri qola çevirməkdə

22 Fevral 2021 01:52 İspaniya 665
Messi Ronaldonu keçdi – Penaltiləri qola çevirməkdə

İspaniya La Liqasında XXIV turu “Barselona”nın növbəti xal itkisi ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Ronald Kumanın yetirmələri “Kadiz”lə görüşdə heç-heçəylə kifayətlənib.

1:1 hesabı ilə bitən görüşdə hesabı Lionel Messi açıb. Argentinalı 32-ci dəqiqədə penaltidən yararlanıb.

Bu, Messinin La Liqada 73-cü 11 metrlik zərbəsi olub. Cənubi amerikalı bununla da çempionatın tarixində yeni rekord vurub. O, “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonu arxada qoyub.

İlk dəfə “Kadiz”in qapısına yol tapan Messi klub karyerasında 81-ci rəqibə qol vurub. “Barselona”da 506-cı oyununa çıxan argentinalı bu göstəricidə də rekordu yeniləyib.

89-cu dəqiqədə Aleks Fernandes penaltidən bərabərlik qoluna imza ataraq “Barselona”nı qələbən məhrum edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"